Əsas Səhifə > Dünya > Rusiyada son sutkada 442 nəfər koronavirusun qurbanı olub
Rusiyada son sutkada 442 nəfər koronavirusun qurbanı olub17-11-2020, 21:00 |
Rusiyada son bir gündə daha 22 410 nəfərə COVID-19 diaqnozu qoyulub. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 971 013 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 442 nəfər artaraq 33 931-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 475 904 nəfər sağalıb. Geri qayıt |