Əsas Səhifə > Gündəm > Son sutkada 20 nəfər COVID-19-dan vəfat edib
Son sutkada 20 nəfər COVID-19-dan vəfat edib17-11-2020, 20:57 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 075 yeni yoluxma faktı qeydə alınıb, 1 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 20 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ümumilikdə 79 158 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 56 894 nəfər müalicə olunaraq sağalıb, 1 005 nəfər vəfat edib, aktiv xəstə sayı 21 259 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 213, ötən müddət ərzində isə ümumilikdə 1 536 434 test aparılıb. Şəffaflıq.az Geri qayıt |