Əsas Səhifə > Gündəm > “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilib
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilib17-11-2020, 20:53 |
Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib. Şəffaflıq.az məlumatına görə, qanunla birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün xidmətin başlanğıcı əmrin imzalandığı gün sayılacaq. Belə ki, qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün həqiqi hərbi xidmətin başlanğıcı hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün sayılacaq. Qeyd edək ki, müvafiq icra hakimiyyəti orqanı dedikdə Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidməti nəzərdə tutulur. Geri qayıt |