Əsas Səhifə > Gündəm > Azərbaycanda 1 395 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda 1 395 yeni yoluxma faktı qeydə alınıb


16-11-2020, 23:49

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 395 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 18 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ümumilikdə 77 083 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 55 755 nəfər müalicə olunaraq sağalıb, 985 nəfər vəfat edib, aktiv xəstə sayı 20 343 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 137, ötən müddət ərzində isə ümumilikdə 1 523 221 test aparılıb.


Şəffaflıq.az
Geri qayıt