Əsas Səhifə > Dünya > Misirin Saqqara arxeoloji məkanında 100-dən çox mumiya aşkar edilib.

Misirin Saqqara arxeoloji məkanında 100-dən çox mumiya aşkar edilib.


16-11-2020, 20:13
Misirin Saqqara arxeoloji məkanında 100-dən çox mumiya aşkar edilib.
Şəffaflıq.az AZƏRTAC-a istinadən bildirir ki, Misirin turizm və qədim abidələr naziri Xalid Ənani ölkədə fəaliyyət göstərən xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında onları təqdim edib. O bildirib ki, oktyabrın 3-də beynəlxalq arxeoloji ekspedisiya həmin ərazidə 101 mumiya tapıb. Bundan əvvəl isə Saqqarada 59 sarkofaq aşkar edilib.
Nazir məlumat verib ki, tapılan mumiyaların olduğu tabutlar Qədim Misirin son - Ptolemeylər sülaləsinin hakimiyyəti dövrünə aiddir və mütəxəssislər onların 2500 il yaşı olduğu qənaətindədir. Mumiyalarla yanaşı, Saqqarada 40 kiçik heykəl, dəfn maskaları və iki taxta heykəlcik də aşkar edilib.
Qeyd olunub ki, son qiymətli arxeoloji tapıntılar gələn il açılışı olacaq Böyük Misir Muzeyində və ölkənin yeni inzibati paytaxtındakı Mədəniyyət və İncəsənət Muzeyində nümayiş etdiriləcək.

Geri qayıt