Əsas Səhifə > REGİON > Ermənistanın Qarabağ müharibəsinə cəlb etdiyi əcnəbi muzdlularla bağlı yeni faktlar aşkarlandı
Ermənistanın Qarabağ müharibəsinə cəlb etdiyi əcnəbi muzdlularla bağlı yeni faktlar aşkarlandı15-11-2020, 10:47 |
![]() Şəffaflıq.az xəbər verir ki, müxtəlif ölkələrin ekspertləri, jurnalistləri sosial şəbəkələrdəki hesablarında Ermənistan ordusunun hərbi əməliyyatlara xaricdən cəlb etdiyi muzdlulara dair faktlar - məlumatlar, fotolar paylaşırlar. Əcnəbi jurnalist, hüquq müdafiəçisi, sosial şəbəkələr üzrə ekspert Asaad Hanna özünün tvitterdəki hesabında Suriyadan Dağlıq Qarabağa cəlb edilmiş 3 döyüşçünün fotolarını paylaşaraq onların adlarını açıqlayıb. “Hələbdən olan suriyalı 3 oğlan – Arut, Xaqub və Musek Azərbaycana qarşı döyüşərək həlak olublar”, - o yazıb. ![]() Suriyalı siyasi şərhçi Kevork Almassian da özünün tvitterdəki hesabında bu ərəb respublikasından bir neçə döyüşçünün Qarabağ müharibəsində öldürüldüyünü açıqlayıb. O, əcnəbi döyüşçülər barədə faktları – fotoları və adları da təqdim edib. “Erməni İnqilab Federasiyası Suriya yaxın vaxtlarda həlak olmuş üç əsgərə - Harut Panoyana, Hagop Astaryana və Mosik Seklemyana ağlayır”, - deyə o, sosial şəbəkədəki hesabında yazıb. ![]() ![]() Geri qayıt |