Əsas Səhifə > Gündəm > Rusiya helikopterləri Qarabağda sülhməramlıları müşayiət etməyə başlayıb
Rusiya helikopterləri Qarabağda sülhməramlıları müşayiət etməyə başlayıb14-11-2020, 10:55 |
Rusiyaya məxsus Mi-8 və Mi-24 helikopterləri Qarabağda sülhməramlıları müşayiət etməyə başlayıb. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Pilotlar “Erenbuni” aerodromuna gələn sülhməramlıları Qoris və Xankəndi şəhərlərinə qədər müşayiət edib”, - məlumatda bildirilib. Helikopterlər atəşin və hərbi əməliyyatların dayandırılmasına nəzarət edir, həmçinin maddi və texniki əmlakın və şəxsi heyətin çatdırılmasının monitorinqini aparır. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi An-124 təyyarəsi ilə İrəvana 8 ədəd helikopterin çatdırıldığını açıqlamışdı. Geri qayıt |