Əsas Səhifə > Gündəm > Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edir

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edir


19-03-2019, 11:57
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.
Şəffaflıq.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.
Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydana gəldilər.
Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev sakinlərlə söhbət etdi.
Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Novruz” yarmarkası ilə tanış oldular.
Bayram şənliyi davam edir.AZƏRTAC

Geri qayıt