Əsas Səhifə > Gündəm / Dünya > Zaxarovadan ermənilərin ittihamına reaksiya
Zaxarovadan ermənilərin ittihamına reaksiya13-11-2020, 19:26 |
“Bir çoxları hələ də Qarabağdakı Rusiya sülhməramlı missiyasının miqyasını və əhəmiyyətini tam anlamır”. Şəffaflıq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bu gün keçirilən brifinqdə bildirib. O, mətbuatdakı nəşrləri və Rusiyanın Qarabağ münaqişəsində müttəfiqi olan Ermənistanı tərk etdiyinə inananları tənqid edib. “Hər bir nəşrin hər versiyası əvvəlki versiyaya ziddir. Bu nədən xəbər verir? Bəlkə də ekspert qiymətləndirməsinin zəifliyi barədə, bəlkə də əvvəllər orada baş verən proseslər, indi yaranan vəziyyət və Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan bəyanatda göstərilən perspektivlər və hədəflər barədə dərin bir anlayış yoxdur”. Zaxarova bildirib ki, Rusiya Ermənistanı və erməniləri tərk etməyib, Rusiya bu vəziyyəti nizamlamaq üçün bütün qüvvələrini səfərbər edib - ilk növbədə siyasi, diplomatiya, beynəlxalq hüquq, danışıqlar prosesindən istifadə edərək, daha sonra isə sülhməramlıları göndərərək. O qeyd edib ki, bu gün qəzetlərdə və televiziya proqramlarında bir-birilərini tənqid edənlər bölgədəki sakinlərinin təhlükəsizliyinin, sülhün və gələcəyinin rus sülhməramlıları tərəfindən təmin edildiyini unutmamalıdır: “Bu, Rusiyanın bölgənin sabitliyində nə qədər istəkli olması sualına cavab verir”. Geri qayıt |