Əsas Səhifə > Gündəm > Son sutkada Azərbaycanda COVID-19-dan 18 nəfər vəfat edib
Son sutkada Azərbaycanda COVID-19-dan 18 nəfər vəfat edib11-11-2020, 22:37 |
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 202 yeni yoluxma faktı qeydə alınıb, 998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 18 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ümumilikdə 68 594 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 51 007 nəfər müalicə olunaraq sağalıb, 885 nəfər vəfat edib, aktiv xəstə sayı 16 702 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 665, ötən müddət ərzində isə ümumilikdə 1 467 842 test aparılıb. Şəffaflıq.az Geri qayıt |