Əsas Səhifə > Maraqlı > Günün qoroskopu: Dəqiq niyyətləriniz olmadan danışıqlar aparmayın.
Günün qoroskopu: Dəqiq niyyətləriniz olmadan danışıqlar aparmayın.8-11-2020, 00:09 |
Şəffaflıq.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.Qoç - qalmaqallara meylli insanlardan uzaq durun. Pozitiv dəyişikliklər tərəfdaşın aktivliyi, onların yeni ideyaları və təşəbbüsü ilə bağlı ola bilər. Onların qərarı əsl avantüra təsiri bağışlasa da, etiraz etməyin. Buğa - hadisələrin təbii axarı aktivliyinizi müəyyənləşdirməlidir. İstənilən iş üçün münbit gün olduğundan şəraitdən maksimum yararlanın. Mümkün çətinlikləri əvvəlcədən təxminləmək üçün intuisiyanızı işə salın. Əkizlər - bilik və informasiya axtarışında, ünsiyyətdə sizi maraqlı hadisələr gözləyir. Yaşamınıza spontan daxil olan ünsürlərlə maraqlanın. Prioritetlər az sonra özləri dəqiqləşəcək. Xərçəng - məqsədə çatmaq üçün yasaq metodlardan istifadə etməyin. Çətin olsa da, səbrli və müdrik davranın. Təsir edə bilmədiyiniz şərtləri müəyyənləşdirin, güzəştə ehtiyac yaranarsa, gecikməsin. Şir - bütün əkslikləri adi, ənənəvi yollarla aradan qaldırmaq mümkün deyil. Mübahisə, əlavə iş istisna deyil. Qız - adətən görmədiyiniz işlər sizi gözləyir. Ağır, çətin gündür. Dəyişiklik, problemlərdən qurtuluş istəyi yaranır. Gərginlik artır. Planlar sizdən asılı olmayaraq dəyişə bilər. Tərəzi - dostlarla ünsiyyətdə fayda var. Romantik münasibətlərdə məntiq az, iradlar çoxdur. Sevdiyiniz insanla münasibətlərinizi tarıma çəkməyin. Əqrəb - bir işin xətrinə başqasından imtina edə bilərsiniz. Sizə faydalı ola biləcək insanlarla görüşün. Oxatan - yaxın gələcəkdəki perspektivlər üçün fövqələdə dərəcədə mühüm gündür. Yaşanan saatlar istiqamətin dəyişməsi, kursun fərqli istiqamətə yönəlməsinə səbəb ola bilər. Oğlaq - rəqibləriniz mühüm məsələnin həllində axtarışlarda olanda siz onları üstələyə bilərsiniz. Günün ikinci yarısında çətinliklər mənfəətə çevriləcək. Dolça - başladığınız işlərdə, tələb və niyyətlərinizdə ifrata varmayın. İşgüzar münasibətləriniz və yaxın təmaslarınızın olduğu insanlarla sərt davranmayın. Balıqlar - dəqiq niyyətləriniz olmadan danışıqlar aparmayın. Planlar və ideyalar cazibədar təsir bağışlaya bilər. Lakin dəqiq hesab və ilkin hazırlıq olmalıdırMilli.Az Geri qayıt |