Əsas Səhifə > SİYASƏT > “Le Monde” qəzeti: “Azərbaycan Ordusu hücumunun əsas məqsədi olan Şuşaya çatdı”
“Le Monde” qəzeti: “Azərbaycan Ordusu hücumunun əsas məqsədi olan Şuşaya çatdı”7-11-2020, 23:38 |
#DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ Azərbaycan hərbçiləri 27 sentyabr hücumunun əsas məqsədi olan tarixi şəhərə çatdılar. Şiddətli döyüşlər onların xeyrinə nəticələnmək üzrədir.Bu barədə Fransanın məşhur "Le Monde" qəzeti yazır.Şuşanı müdafiə edənlər pərən-pərən düşmüş vəziyyətdədirlər. Hərbi təcili yardım maşınlarında, onlarla yaralı, qan içində, yorğun vəziyyətdə vadidə yerləşən "Stepanakert" şəhərinin (Xankəndi şəhəri nəzərdə tutulur - Oxu.az tərəfindən dırnağa alınıb) xəstəxanasına daşınılır.Qalan döyüşçülər yorğun halda yol boyu hərbi geyimlərini çıxarıb ataraq döyüşə qayıdıb-qayıtmayacaqlarını məlum olmadan dağdan enir. Bu döyüşlərin həlledici gününə bənzəyir. "Stepanakert"də olan "rəsmilərin" inkar etməsinə baxamayaraq, 6 noyabr cümə günündən etibarən döyüş Azərbaycan güvvələrinin xeyrinə dönməyə başlayıb. Məqsədləri Ermənistanla müharibə zamanı (1988-1994) itirilmiş Dağlıq Qarabağı geri almaq olan Bakı qoşunlarının Şuşaya yaxınlaşmasından təxminən bir həftə keçir.Əsas döyüş əməliyyatları bir müddət Daşaltı kəndi yaxınlığındakı meşələrdə davam edib. Bu döyüşlər çox ağır keçib. Üç gün ərzində xüsusi təyinatlılar Şuşanın ətrafındakı yollar boyunca şəhərin müdafiəsini öyrənmək məqsədi ilə kəşfiyyat əməliyyatları aparırdılar."Stepanakert"i Şuşa və Laçın dəhlizi ilə Ermənistanla birləşdirən əsas yol bu hücumlar nəticəsində 4 noyabrda bağlanmışdı. Siyasi və dini simvol Bakının 27 sentyabrda başlatdığı hücum üçün Şuşa əsas məqsəd və açar rolu oynayır. Ermənistan tərəfindən işğal olunana qədər bu tarixi şəhər Azərbaycanın mədəniyyət mərkəzi hesab olunurdu, həmçinin hər iki tərəf onu Qarabağın Qüdsü, siyasi və dini bir simvol hesab edir. Digər tərəfdən, Şuşa, daş divarlarla əhatə olunmuş və "Stepanakert"ə baxan bir dağın zirvəsində ucaldılmış strateji qala şəhəridir."Azərbaycanlılar Şuşaya çatıblar. Şəhərdə döyüşlər gedir. Biz Kalaşnikov avtomatı ilə döyüşürük", - xəstəxananın təcili yardım otağında ayağından yaralanan bir əsgər deyir.O, ona verilən əlil arabasından imtina edir və təkbaşına hərəkət etməyə çalışır. Onun ətrafı xaosdur. Avtomobilin furqonundan yeddi yaralı düşürdülür. Onların aldığı xəsarətlər əlbəyaxa döyüşlərin getdiyinin sübutudur. Təcili yardım maşınları saysız-hesabsız gediş-gəliş edirlər. Avtomobildə yaralı əsgərlər bir-birinin üzərinə qalaq-qalaq yığılıb. Əgər bu təcili tibbi yardım maşınları bir nəçə gün əvvəl Daşaltından hər bir saatdan bir yaralı erməni əsgərləri gətirirdilərsə, indi hər 10 dəqiqədən bir ambulanslar gəlməkdədir. Ağır xəsarətlər "Mən möcüzə nəticəsində qurtuldum" - boynunu güllə sıyırıb keçmiş erməni əsgər deyir."Qardaşım ilə Şuşanın şimalında "Stepanakert" yolunda vuruşurdum. Hücumlar o qədər güclü idi ki, geri çəkilmək məcburiyyətində qaldım. Azərbaycan snayperləri onu "Stepanakert"in dörd kilometrliyində güllə ilə vurublar. Bu isə ona işarədir ki, şiddətli bombalar altında olan Xankəndi artıq azərbaycanlı hərbçilərin hücumundan sığortalanmayıb".Xəstəxanaya gələn bəzi kişilər üçün müharibə artıq bitib. Onların ciddi xəsarətləri var və yeganə çıxış yolu təcili cərrahiyə əməliyyatı üçün şimaldan olan yol ilə (Kəlbəcər) İrəvana göndərilməlidir. Laçın yolu isə bağlıdır. Şəffaflıq.azGeri qayıt |