Əsas Səhifə > Dünya > Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun binasının atəşə tutulmasını qətiyyətlə pisləyirik

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun binasının atəşə tutulmasını qətiyyətlə pisləyirik


7-11-2020, 23:30
 Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyirik.
Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Yekaterina Zelenko bildirib.
Y.Zelenko deyib: "Hüquq-mühafizə orqanları artıq zəruri istintaq hərəkətlərinə başlayıblar. Təqsirkarlar tapılmalı və məsuliyyətə cəlb olunmalıdırlar".

Geri qayıt