Əsas Səhifə > Gündəm > İrandan Azərbaycana böyük dəstək - düşmənin yeganə “nəfəsliyi” kəsilir
İrandan Azərbaycana böyük dəstək - düşmənin yeganə “nəfəsliyi” kəsilir5-11-2020, 10:01 |
İrəvanın terrorçu və işğalçı siyasətini heç bir bölgə dövləti müdafiə etmədi; Tehran da “Qarabağ Azərbaycandır” dedi/İran İslam Respublikasından Azərbaycana ən yüksək səviyyədə verilən dəstək rəsmi Bakı tərəfindən təqdir olunub. Həmçinin Azərbaycan xalqı müsəlman qonşumuzun Ali Rəhbəri və Prezidenti tərəfindən ərazi bütövlüyümüzlə bağlı birmənalı mövqe ifadə olunmasını məmnunluqla qarşılayıb.“Ermənistan işğal etdiyi Azərbaycanın bütün ərazilərini Azərbaycana qaytarmalıdır”. Bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei müraciətində bildirib. S.Ə.Xameneinin sözlərinə görə, bununla da Azərbaycan əraziləri işğaldan azad edilməlidir. Xamenei əlavə edib ki, beynəlxalq sərhədlərə riayət olunması zəruridir. Ali Lider qeyd edib ki, bu torpaqlar Azərbaycana məxsusdur və Azərbaycan öz torpaqlarını azad etməkdə haqlıdır. İran prezidenti də ortaya qəti və prinsipial mövqe qoyub. “Ərazi bütövlüyünün təmin olunması Azərbaycan xalqının hüququdur”. Şəffaflıq.az-ın məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib. “Coğrafi sərhədlərin dəyişməsini istəmirik. Ərazi bütövlüyünün təmin edilməsi Azərbaycan xalqının hüququdur”, - deyə İran prezidenti vurğulayıb. H. Ruhani qeyd edib ki, İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. O, İran Xarici İşlər Nazirliyinin (XİN) münaqişənin həlli ilə məşğul olduğunu da bildirib. İran Ali Rəhbəri və prezidenti tərəfindən ərazi bütövlüyümüz və suverenliyimizin müdafiə olunması, sərhəd toxunulmazlığının bərqərar olunması barədə konkret mövqeyi işğalçı Ermənistana “tərs şillə” kimi qiymətləndirilə bilər. Azərbaycan XİN Tehrandan gələn dəstək bəyanatını yüksək qiymətləndirib. “İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verilən açıqlamanı və Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyi yüksək qiymətləndiririk. ”Azərbaycanın Ermənistanın tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad olunmalıdır və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır" deyən Ali Rəhbər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İran İslam Respublikasının qəti dəstəyini növbəti dəfə bəyan edib". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. “Dost İran dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərini, o cümlədən İran İslam Respublikası Prezidentinin xüsusi elçisi, xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi bölgəyə səfəri və münaqişənin tezliklə həllinə dair təşəbbüslə çıxış etməsini yüksək dəyərləndiririk. İnanırıq ki, ölkələrimiz arasında tarixi köklər üzərində qurulmuş əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək və bu əlaqələr, o cümlədən bölgədə sülh, sabitlik və rifahın təmin olunmasına xidmət edəcəkdir”, - məlumatda deyilir. Qeyd edək ki, bugünlərdə İran prezidentinin xüsusi elçisi, İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi əvvəlcə Bakıya, daha sonra Moskva və İrəvana səfər etmişdi. “Rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi olmağa hazırdır və ümid edir ki, onun planı davamlı sülhə nail olmağa imkan verəcək”. Şəffaflıq.az xəbər verir ki, bunu cənab Əraqçi "RİA Novosti"yə müsahibəsində bildirib. “Bu məsələnin vacibliyi və İran İslam Respublikasının hər iki ölkə - həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətlərinin olması, həmçinin xüsusi şərtlər və bu regionun həssaslığını nəzərə aldıqda, İran İslam Respublikası həmişə ciddi şəkildə atəşkəsin bərqərar olması, dialoqun başlanmasına və sülh və əmin-amanlığın yaranmasına töhfə verməyə hazır olduğunu bildirib”, - deyə Əraqçi “İran Dağlıq Qarabağ münaqişəsində vasitəçi olmağa hazırdırmı?” sualına cavab verərkən bildirib. Geri qayıt |