Əsas Səhifə > Dünya > Gürcüstan müxaifəti deputat mandatlarından rəsmən imtina etdi
Gürcüstan müxaifəti deputat mandatlarından rəsmən imtina etdi3-11-2020, 21:44 |
Gürcüstanda parlament seçkilərində deputat mandatları əldə edən müxalifət partiyaları parlamentdə təmsil olunmaqdan rəsmən imtina ediblər. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı siyasi təşkilatlar birgə bəyanat imzalayıblar. Sənəddə bildirilib ki, müxalifət seçkiləri legitim hesab etmir. Müxalifət seçkilərin nəticələrinin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb edir. Bəyanata “Vahid Milli Hərəkat – Güc birlikdədir” bloku, “Avropalı Gürcüstan”, “Lelo”, “Aqmaşenebeli strategiyası”, “Vətənpərvərlər Alyansı”, “Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı və Leyboristlər Partiyası imza atıb. Geri qayıt |