Əsas Səhifə > Gündəm > Ermənistan Yaxın Şərq və Rusiyadan da muzdlu cəlb edir

Ermənistan Yaxın Şərq və Rusiyadan da muzdlu cəlb edir


2-11-2020, 23:24

 

Ermənistan silahlı qüvvələri dünyanın bir çox yerindən - Rusiya, Yaxın Şərq ölkələri və hətta Amerika qitəsindən də könüllü adı altında muzdlu döyüşçülər cəlb etməyə davam edir. Bir çox xarici mətbuat orqanlarının aldığı müsahibə və reportajlardan məlum olur ki, bu döyüşçülərin cəlb olunması həmin ölkələrdə yerləşən və Ermənistandan təlimat alan yerli mərkəzlər vasitəsilə həyata keçirilir.

Şəffaflıq.az “Reuters”ə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi diasporadan bir çox erməni əsilli xarici vətəndaşların döyüşlərdə iştirak üçün müraciət etdiyini bildirib.

“Argentina və ABŞ-dan yüzlərlə adam döyüş təlimi keçmək üçün Ermənistana gətirilib”,- deyə agentlik yerli təlimatçıya istinadən yazıb.
Yerevanda döyüş təlimçisi, yerli və xarici muzdluları yetişdirən Karapet Agacanyan “Reuters”ə müsahibəsində  təxminən 10 Livan ermənisinin onun düşərgəsində təlim keçdiyini bildirib.

Rusiya mətbuatında yer alan xəbərlərə görə artıq Rusiya vətəndaşı olan ermənilər aktiv şəkildə Qarabağdakı döyüşlərə cəlb edilir.

Adının çəkilməsini istəməyən Rusiya vətəndaşı erməni “Dezertir s infovoynı” telegram kanalına verdiyi müsahibədə daha əvvələr Çeçenistan və Osetiyada döyüşdüyünü bildirib. Hazırda Qarabağdakı döyüşlərdə iştirak etdiyini deyən şəxs bunun müqabilində 1500 dollar məbləğində məvacib aldığını qeyd edib.

Rusiyanın “Kommersant” qəzeti isə yazır: “Ermənistan rəhbərliyi və qondarma “Dağlıq Qarabağ respublikası” açıq şəkildə muzdluları cəbhəyə cəlb edir”.

Yerevanda olarkən “Kommersant”ın müxbiri Aleksandr Çernix komandiri ilə görüş təşkil etməyə razı olan Vazgen adlı muzdlu döyüşçü ilə tanış olub. Məlum olub ki, Rusiyadan gələn muzdlular qrupuna Rusiya Federasiyasının erməni əsilli vətəndaşı 55 yaşlı Vaqan adlı şəxs rəhbərlik edir.

Sözügedən şəxs əvvəllər Birinci Qarabağ müharibəsində iştirak etdiyini, daha sonra isə Rusiyaya köçərək vətəndaşlıq aldığını və orada biznes qurduğunu bildirib. Müharibə başladığı gündən etibarən isə Qarabağa gələrək Rusiyadan gələn muzdluların “verbovka”sını həyata keçirməyə başlayıb. 

Geri qayıt