Əsas Səhifə > Dünya > Gürcüstan müxalifəti parlamenti boykot etdi
Gürcüstan müxalifəti parlamenti boykot etdi2-11-2020, 23:18 |
Gürcüstanın müxalif “Vahid Milli Hərəkat – Güc birlikdədir” müxalif birliyi parlament seçkilərində qazandığı deputat mandatlarından imtina edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə partiyanın liderləri bildiriblər. “Lelo” və “Qirçi” partiyaları da qanunverici orqanda təmsilçilikdən imtina etdiklərini açıqlayıblar. Qeyd edək ki, “Vahid Milli Hərəkat – Güc birlikdədir” bloku seçkilərdə 27,14% (35 mandat), “Lelo” 3,15% (4 mandat), “Qirçi” isə 2,89% səs (4 mandat) əldə edib. Bundan öncə “Avropalı Gürcüstan” və “Vətənpərvərlər Alyansı” partiyaları da analoji qərar qəbul ediblər. Geri qayıt |