Əsas Səhifə > Gündəm > Ovannisyan: "Azərbaycan ordusu Martuni istiqamətində bir neçə mövqeni götürüb"
Ovannisyan: "Azərbaycan ordusu Martuni istiqamətində bir neçə mövqeni götürüb"2-11-2020, 23:12 |
Şəffaflıq.az Musavat.com-a istinadən bildirir ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuatla əlaqələr üzrə təmsilçisi Arsrun Ovannisyan növbəti dəfə media nümayəndələrinə və ictimaiyyətə qara xəbər çatdırıb. Erməni mediasının yaydığı məlumata görə, 1 aydan artıqdır bəd xəbərləri öz xalqına yavaş-yavaş, alışdıra-alışdıra bildirən Ovannisyan bu dəfə Azərbaycan ordusunun Martuni (Xocavənd) və Çartar şəhərləri istiqamətində bir neçə mövqeni ələ keçirdiyini söyləyib. Qeyd edək ki, bundan əvvəl o, Martunidə, Laçında və Şuşa ətrafında şiddətli döyüşlərin getdiyini bildirir və hər dəfə qeyd edirdi ki, düşmən geri oturdulur. Ümumiyyətlə, Ermənistanın Müdafiə Nazirliyi və onun təmsilçisi Arsrun Ovannisyan şanlı ordumuzu "geri oturtduğu" vaxt erməni hərbi birləşmələri təkcə Zəmgilan istiqamətinə 135, Laçın istiqamətində 65, Şuşa istiqamətində isə 60 kilometrə yaxın geri çəkilib. İndi növbə Xocavəndindir. Bu gedişlə, ordumuz bir-iki dəfə də "geri oturdulsa" bir neçə günə Xankəndiyə yetişəcək. Geri qayıt |