Əsas Səhifə > Dünya > İzmir şəhərindəki zəlzələdə həyatını itirənlərin sayı 55-ə çatıb
İzmir şəhərindəki zəlzələdə həyatını itirənlərin sayı 55-ə çatıb1-11-2020, 18:10 |
İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 55 olub. Şəffaflıq.az “Haber Global”-a istinadən məlumat verir ki, yaralanan 896 nəfərdən 682-si evə buraxılıb. Hadisə yerində olan Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay zəlzələ ilə bağlı son məlumatları verib. Onun sözlərinə görə, zəlzələnin vurduğu ziyan on günə qiymətləndirilməlidir. Oktay qeyd edib ki, çox ziyan görmüş 26 bina təcili olaraq söküləcək. O, 21 min nəfər üçün 3 880 çadır qurulacağını deyib və vətəndaşlara zədələnmiş binalara girməmələri barədə xəbərdarlıq edib. Geri qayıt |