Əsas Səhifə > Gündəm > Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib - RƏSMİ

Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib - RƏSMİ


30-10-2020, 21:14

 

“Düşmən tərəfindən Azərbaycan hərbçilərinə qarşı törədilən cinayətlərlə bağlı Hərbi Prokurorluqda dörd cinayət işi aparılır”.

Şəffaflıq.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev keçirilən brifinqdə bildirib:

“Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş və bizdə olan cəsədlərin bir hissəsinə baxış zamanı onların başqa ölkələrin vətəndaşları olduğu müəyyənləşdirilir”, - o qeyd edib.

K.Əliyevin sözlərinə görə, əldə olunan sübutlara əsasən, Azərbaycandan əsir düşən şəxslərə qarşı çox amansız davranılır:

“Bizim əsirlər və meyitlərə qarşı təhqiramiz davranış göstərildiyi aşkarlanıb. Elə hallar olub ki, əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib. Belə faktlar mövcuddur”.

Geri qayıt