Əsas Səhifə > Dünya > Ermənistanda hərbi çağırışdan yayınmaq üçün saxta COVID-19 arayişi alan şəxs saxlanılıb
Ermənistanda hərbi çağırışdan yayınmaq üçün saxta COVID-19 arayişi alan şəxs saxlanılıb25-10-2020, 11:48 |
Ermənistanda hərbi səfərbərlikdən yayınmaq üçün müxtəlif yollarla koronavirusa (COVID-19) yoluxmanı təsdiq edən saxta arayiş əldə edənlərin sayı kütləvi hal alıb. Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxta yolla özünü koronavirus xəstəliyinə yoluxdurmuş çağırış yaşına çatmış bir vətəndaşı saxlayıb. İstintaq zamanı məlum olub ki, həmin vətəndaşın atası tibb mərkəzlərindən biri ilə “işbirliyi”nə girərək oğluna koronavirus xəstəsi olduğunu əks etdirən saxta arayiş alıb. Laboratoriya əməkdaşlarının cinayət əməli üzə çıxıb. Tibbi personal pul qarşılığında virusa yoluxmuş digər pasientlərin analizləri əsasında həmin çağırışçı üçün saxta sənəd tərtib edib. Saxtakarlığa əl atan şəxslər, eləcə də tibb mərkəzinin işçiləri nəzarət altına alınıb. Ermənistan MTX bu kimi halların kütləvi şəkildə mümkünlüyü nəzərə alınaraq, istintaq hərəkətlərini davam etdirdiyi bildirilib. Geri qayıt |