Əsas Səhifə > Dünya > Dünyada koronavirusa yoluxanların sayı 41,57 milyonu ötüb
Dünyada koronavirusa yoluxanların sayı 41,57 milyonu ötüb23-10-2020, 23:31 |
Dünyada koronavirusa yoluxanların sayı 41,57 milyonu ötüb, virusdan 1,135 milyondan çox yaxın insan ölüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Təşkilatın məlumatına görə, dünyada 41 570 883 insan koronavirusa yoluxub, 1 134 940 pasiyent ölüb. Son sutka ərzində dünyada koronavirusa rekord sayda – 445 419 yoluxma halı aşkarlanıb, 6 512 nəfər ölüb. Ən çox yoluxma ABŞ (8 248 149 nəfər), Hindistan (7 761 312 nəfər), Braziliya (5 298 772nəfər) və Rusiyada (1 480 646 nəfər) qeydə alınıb. Geri qayıt |