Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Yaşıl çay və kofenin diabet xəstələrinə əvəzsiz faydası aşkarlanıb
Yaşıl çay və kofenin diabet xəstələrinə əvəzsiz faydası aşkarlanıb22-10-2020, 08:44 |
Yaponiyanın Kyusu Universitetinin alimləri yaşıl çay və qəhvənin diabeti olan insanlar üçün faydalarını açıqlayıblar. Tədqiqatın nəticələri barədə “Scitechdaily” nəşri məlumat yayıb. Bu içkilərin gündəlik istehlakının 2-ci tip şəkərli diabet xəstələrində ölüm riskini 63 faiz azaltdığını müəyyən edib. Mütəxəssislərə görə, yaşıl çay və qəhvə tərkibindəki müxtəlif bioaktiv birləşmələrə görə sağlamlığa faydalıdır. Tədqiqatda 2 790 kişi və 2 133 qadın iştirak edib. Könüllülərin orta yaşı 66 olub. Bütün iştirakçılara ən azı beş il əvvəl ikinci tip diabet diaqnozu qoyulub. Nəticədə, elm adamları gündəlik ən az dörd fincan yaşıl çay, üstəgəl iki və ya daha çox fincan qəhvə içməyin ölüm riskini 63 faiz azaltdığını aşkar ediblər. Şəffaflıq.az Geri qayıt |