Əsas Səhifə > Dünya > Çin Avropa ölkəsindən qisas almağa söz verib

Çin Avropa ölkəsindən qisas almağa söz verib


22-10-2020, 08:41

 

İsveçin ölkə ərazisində “Huawei” cihazlarının istifadəsinə qoyduğu qadağa Çini özündən çıxarıb.


Asiya dövləti Avropa ölkəsindən qisas almağa söz verib.

Şəffaflıq.az xəbər verir ki, Stokholm ölkə ərazisində 5G yaradılması üçün “Huawei” cihazlarının istifadəsinə imkan verməmək qərarına gəlib. Məqsəd daha çox İsveç şirkətlərinin Çin bazarındakı mövqelərini qorumaqdır. Amma bu halda Pekinin məsələyə reaksiyası da nəzərə alınmayıb.

Çini özündən çıxaran həm də odur ki, qadağa qoyanların sayı artır. Əvvəlcə Böyük Britaniya belə addım atmışdı. “Huawei” ilə yanaşı, ZTE də qərardan zərər görmüşdü. Böyük Britaniya hökuməti açıq mətnlə Çini ölkə üçün təhlükə adlandırmışdı.

İsveçi isə məsələnin biznes tərəfi narahat edir. “Ericsson” yerli bazarda “Huawei” ilə baş-başa gəlməli olur. Çin şirkətinə çox əl-qol atmağa imkan verilsə, isveçlilər uzağa gedə bilməyəcək.

Geri qayıt