Əsas Səhifə > Dünya > Avropa Şurasının rəhbəri koronavirusla bağlı təcili iclas çağırdı
Avropa Şurasının rəhbəri koronavirusla bağlı təcili iclas çağırdı22-10-2020, 08:34 |
Avropa Şurasının rəhbəri Şarl Mişel oktyabrın 29-da videokonfrans formatında COVID-19 koronavirus infeksiyası ilə bağlı təcili qeyri-rəsmi Avropa İttifaqının sammitini çağırıb. Şəffaflıq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri özü yazıb. Avropa Şurasının rəhbəri əvvəllər koronavirus infeksiyası ilə bağlı Avropadakı mövcud vəziyyətin ürəkaçan olmadığını söyləyib. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen də Avropa Birliyindəki COVID-19 ilə əlaqədar vəziyyətin getdikcə narahatlıq doğurduğunu dilə gətirib. Geri qayıt |