Əsas Səhifə > İqtisadiyyat > 78 obyektdə epidemiya əleyhinə rejim pozulub
78 obyektdə epidemiya əleyhinə rejim pozulub20-10-2020, 20:38 |
Oktyabrın 19-da İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) nəzarət tədbirləri həyata keçirib. Nazirlikdən verilən məlumata görə, nəzarət tədbirləri zamanı Binəqədi rayonunda “Kövsər mağazası”nda, “Saf un məmulatları şirniyyat mağazası”nda, Nərimanov rayonunda “Mağaza planet”də, “Colombo center” mağazasında, Səbail rayonunda Samir Məmmədova məxsus “Salon” xidmət obyektində, Nəsimi rayonunda “Classo mebel mağazası”nda, "Yüksəl metal tekstil və inşaat” MMC-yə məxsus mağazada, Sabunçu rayonunda Elmar Allahverdiyevə məxsus pərakəndə ticarət obyektində, Vəfa Eyniyevaya məxsus kişi geyimləri mağazasında, Qaradağ rayonunda “Al market”də, Xətai rayonunda “Oba market”də, Hüseyn Rəhimova məxsus geyim mağazasında, Yasamal rayonunda “İstanbul Univermaq” ticarət obyektində, "Zeytun pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Xəzər rayonunda Əlimran Əsgərova məxsus “Məişət malları” mağazasında, Suraxanı rayonunda “Al market” MMC-yə məxsus pərakəndə ticarət obyektində, Nizami rayonunda “X-lady geyim mağazası”nda, “Nərmin ayaqqabı mağazası”nda, Sumqayıt şəhərində “Qapı aləmi mağazası”nda, “Gənclik market”də, Abşeron rayonunda Elvin Abbasova məxsus “Tikinti materialları mağazası”nda, Sabirabad rayonunda Ağa Məlikova, İltizam Qarayevə məxsus mağazalarda, Fuad Abdullayevə məxsus plastik qapı-pəncərə sexində, Lənkəran rayonunda Eldəniz Cahangirova, Elxan Həmidova Arzuman Hüseynova, Kamran Hüseynova məxsus pərakəndə ticarət obyektlərində, Cəlilabad rayonunda Elşən Məmmədova, Süleyman Süleymanova məxsus mağazalarda, Şəmkir rayonunda “ROD"S mebel mağazası”nda, “Sənin evin tikinti malları mağazası”nda, Şəki rayonunda “Bərəkət” mağazasında, “Qızıl qum mağazası”nda, “Turan pərakəndə ticarət mağazası”nda, Quba rayonunda Muxtar Nəcəfova məxsus pərakəndə ticarət obyektində, Xaçmaz rayonunda Mərdan Dadaşova məxsus mağazada, ümumilikdə, 78 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib. Qeyd edək ki, nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb. Şəffaflıq.az Geri qayıt |