Əsas Səhifə > Dünya > NASA: Marsda həyat izi tapmaq şansı artır

NASA: Marsda həyat izi tapmaq şansı artır


18-10-2020, 10:10

 

ABŞ-ın Aeronavtika və Kosmik Sahənin tədqiqatı üzrə Milli İdarəsinin (NASA) direktoru Cim Braydenstayn hesab edir ki, son kəşfləri nəzərə alaraq, Marsda həyat izlərinin aşkar edilməsi ehtimalı böyüyür.

Bu barədə Şəffaflıq.az TASS-a istinadən xəbər verir.

Braydenstayn təsdiq edib ki, hələ Marsda həyatın mövcudluğuna dair faktlar hələlik aşkar olunmayıb. "Biz hələ bunu müəyyən etmədik. Amma bununla bağlı ehtimal böyüməkdə davam edir. Biz nə qədər çox axtarsaq, o qədər daha çox mükəmməl nəticə əldə edəcəyik. Hesab edirik ki, keçmişdə Marsda həyatın mövcudluğu üçün elementlər olub", - o qeyd edib.

Braydenstayn xatırladıb ki, daha əvvəl Qırmızı planetdə su maye vəziyyətdə tapılıb. Bundan başqa, alimlər bu nəticəyə gəliblər ki, Marsda orqanik maddələrin molekulları var.

Geri qayıt