Əsas Səhifə > Dünya > Koronavirusun ikinci partlayışı Qərb iqtisadiyyatını tam çökdürə bilər
Koronavirusun ikinci partlayışı Qərb iqtisadiyyatını tam çökdürə bilər18-10-2020, 10:07 |
Qərb iqtisadiyyatı müasir tarixi ərzində yaşadığı ən böyük durğunluqdan sonra özünə gəlməyə başlamamış koronavirus pandemiyasının ikinci partlayışı iqtisadi yüksəlişin bərpası ilə bağlı planları alt-üst edib. Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-ın “Fox Business” saytında ABŞ və Avropada iqtisadiyyatın tam çökə biləcəyi ilə bağlı yazı dərc edilib. Saytın xəbərinə görə, zərbə ilk növbədə barlara, restoranlara və xidmət biznesinin digər sahələrinə dəyəcək. Artıq Avropada 1,5 milyon insan rəsmi olaraq işsiz müavinatı almaq üçün baş vurub. “Fox business”in qeyd etdiyi kimi, Çin, Cənubi Koreya, Yaponiya kimi ölkələr koronavirusun ikinci dalğasından yayınmağa müvəffəq olsa da, eyni hal ABŞ və Avropada müşahidə edilmir. Xüsusilə Birləşmiş Ştatların hətta pendemiyanın birinci dalğasını nəzarət altına ala bilmədiyi üçün ölkə iqtisaidyyatının hələ də “COVİD-19”dan asılı olduğu vurğulanır. Geri qayıt |