Əsas Səhifə > Dünya > Angela Merkel karantin rejiminin yenidən tətbiqinin Almaniya iqtisadiyyatının tab gətirməyəcəyini bəyan edib
Angela Merkel karantin rejiminin yenidən tətbiqinin Almaniya iqtisadiyyatının tab gətirməyəcəyini bəyan edib16-10-2020, 09:11 |
“Almaniya koronavirusun birinci dalğası zamanı olduğu kimi, iqtisadi baxımdan karantin rejiminin yenidən tətbiqinə imkan verə bilməz, pandemiyaya nəzarəti ələ keçirmək üçün təcili tədbirlər görülməlidir”. Bunu çərşənbə günü federal əyalətlərin baş nazirləri ilə görüşdən sonra Berlində təşkil edilən mətbuat konfransında Almaniyanın kansleri Angela Merkel bəyan edib. “Təkcə bu il 250 milyard avrodan artıq borcu olan yeni hökumət büdcəsini qəbul etdik. Buna görə iqtisadi sahə də daxil olmaqla, yaz fəslində yaşadığımız virusun indi ikinci dalğasını bu cür nəticələrlə qarşılaya bilmərik”, - Merkel deyib. Onun sözlərinə görə, söhbət yalnız səhiyyə sistemindən getmir. Kansler ölkənin pandemiya ilə mübarizədə kritik mərhələdə olduğunu və önümüzdəki həftələrdə insanların necə davranacağından asılı olaraq vəziyyətin dəyişə biləcəyini vurğulayıb. Merkel virusa yeni yoluxma hallarının sayındakı artımdan narahat olduğunu söyləyib. Almaniya Federativ Respublikası hökumətinin başçısı iclasın nəticələrinin tamamilə qənaətbəxş olmadığını etiraf edib. Şəffaflıq.az Geri qayıt |