Əsas Səhifə > Gündəm > Ermənilərin Qarabağdan çıxışına qadağa qoyuldu
Ermənilərin Qarabağdan çıxışına qadağa qoyuldu15-10-2020, 22:54 |
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində özünü Qondarma Respublikanın “prezidenti” kimi təqdim edən Araik Arutyunyan orada məskunlaşmış sakinlərin Dağlıq Qarabağdan çıxışını məhdudlaşdıran “fərman” imzalayıb. Şəffaflıq.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Arutyunyan bu barədə öz feysbuk hesabında məlumat verib. O qeyd edib ki, yeni hərbi mükəlləfiyyəti olan şəxslərin Dağlıq Qarabağ ərazisini tərk etməsi qadağan olunacaq. Bildirilib ki, həmin şəxslər yalnız qondarma hərbi hissə tərəfindən verilən “xüsusi icazə sənədi” əsasında ərazini tərk edə bilərlər. Bu saxta fərmanın imzalanması da göstərir ki, erməni əhalisi Azərbaycanın Qarabağ bölgəsini kütləvi şəkildə tərk edir. Amma çaşqınlıq içində qalmış Ermənistan hakimiyyəti döyüşlərdə iştirak etmək istəməyən, döyüş meydanından qaçan vətəndaşlarını məcburi şəkildə orada saxlamağa çalışır. Qeyd edək ki, ötən gün Arutyunyan Azərbaycan Silahlı Qüvvələrinin erməni mövqelərinə güclü zərbələr endirdiyini və cəbhə xəttinin bir neçə istiqamətində içərilərə doğru hərəkət etdiyini etiraf etmişdi. Geri qayıt |