Əsas Səhifə > Gündəm > Prezident erməni ordusuna vurulan zərbələrdən danışdı
Prezident erməni ordusuna vurulan zərbələrdən danışdı14-10-2020, 16:19 |
“Mən demişdim ki, bizim qisasımız döyüş meydanında olacaq. Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq. Bizim bütün hədəflərimiz hərbi hədəflərdir”. Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. "Əməliyyatın ilk günlərindən bütün hərbi hədəflər bir daha nəzərdə keçirildi və bizim dəqiq, sərrast atışlarımız bu hədəfləri məhv etdi. Deyə bilərəm ki, erməni ordusuna çox böyük zərər vuruldu. 200-dən çox tank məhv edildi, 2 S-300 hava hücumuna qarşı qurğusu məhv edildi, 33 tank qənimət kimi götürülüb və bir çox başqa texnika məhv edildi və qənimət kimi götürüldü” - deyə, Prezident İlham Əliyev “Haber Türk” televiziya kanalına oktyabrın 13-də verdiyi müsahibədə vurğulayıb. Qeyd edək ki, müsahibə oktyabrın 14-də yayımlanıb. Geri qayıt |