Əsas Səhifə > SİYASƏT / SOSİAL MÜDAFİƏ > Prezident bu şəxslərin maaşını 50 faiz artırdı - SƏRƏNCAM
Prezident bu şəxslərin maaşını 50 faiz artırdı - SƏRƏNCAM11-03-2019, 18:21 |
Prezident İlham Əliyev Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə teatr sənətinin daha da inkişaf etdirilməsi, teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıram: 1. Dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin edilsin. 2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlər görsünlər. 3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın: 3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həllini təmin etsin; 3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. Geri qayıt |