Əsas Səhifə > Dünya > Ermənilər İsrail Ali Məhkəməsinə sübut təqdim edə bilməyib

Ermənilər İsrail Ali Məhkəməsinə sübut təqdim edə bilməyib


13-10-2020, 15:02

 

İsrailin Ali Məhkəməsi Azərbaycana silah satışının qadağan olunmasını tələb edən petisiyanı kifayət qədər sübut olmadığına görə rədd edib. 


Şəffaflıq.az “Jerusalem Post” qəzetinə istinadən bildirir ki, İsrailin Azərbaycana silah satması onun İranla həmsərhəd olması və İsrailə neft ixrac etməsi kimi siyasi məqamlarla bağlıdır.

Qəzet yazır ki, oktyabrın 12-də İsrailin Yüksək Ədalət Məhkəməsi Azərbaycana silah satışının qadağanı üçün verilmiş petisiyanı təmin etməyib. Hakim Yusif Elron bildirib ki, sözü gedən silahların Ermənistana qarşı hərbi cinayətlərdə istifadəsinə dair dinləmənin keçirilməsi üçün kifayət qədər dəlil-sübut yoxdur. Xatırladaq ki, bundan əvvəl İsrail məhkəməsi Malayziyaya silah satışının qadağanına dair buna bənzər petisiyanı da rədd etmişdi.

İnsan haqları fəalı İtay Mak demişdi ki, o İsrailin Azərbaycana silah satışının qadağan edilməsini “mənəvi məsələ” kimi təqdim edib, lakin vəsatətini əsaslandırmaq üçün kifayət qədər dəlili olmayıb.

Geri qayıt