Əsas Səhifə > Gündəm > Sabirabadda koronavirusla bağlı karantin rejimi sərtləşdirilib

Sabirabadda koronavirusla bağlı karantin rejimi sərtləşdirilib


13-10-2020, 14:49

 

Sabirabadda bu gündən etibarən xüsusi sərtləşdirilmiş karantin rejimi tətbiq olunmağa başlayıb.

Şəffaflıq.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə  rayonun sakinləri məlumat veriblər. Məlumata görə artıq bir neçə gündür ki, rayonun mərkəzi xəstəxanası və  poliklinika bağlanılıb. Mərkəzi xəstəxananın bütün həkimlərinin koronavirus testindən keçirildiyi, 3 həkimdə koronavirus aşkar edildiyi iddia olunur. Bu səbəbdən rayonda bu gündən etibarən karantin rejiminin sərtləşdirildiyi, apteklər istisna olmaqla bütün iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırıldığı bildirilir.

Qeyd edək ki, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev də sosial şəbəkədə bu gündən rayonun karantinə alındığını qeyd edib:

“Bu gündən etibarən Sabirabad şəhəri və Kürkənd, Cavad, Türkədi, Qalaqayın kəndləri karantinə alınır. Bu ərazilərdə məhdudiyyətlər olacaq. Əhalidən xahiş edirik gigiyenik qaydalara əməl etməklə, ehtiyac olmadıqda evdən çıxmasınlar və ara məsafəsi saxlasınlar”.


Geri qayıt