Əsas Səhifə > Maraqlı > Bu əlamətlər sizdə varsa, xərçəng ola bilərsiz - Diqqətli OLUN
Bu əlamətlər sizdə varsa, xərçəng ola bilərsiz - Diqqətli OLUN12-10-2020, 23:04 |
"Cancer Research UK" (CRUK) adlı ingilis xərçəng araşdırma institutunun alimləri onkoloji bir xəstəliyə işarə edə biləcək 7 əlamətini açıqlayıblar. Şəffaflıq.az xəbər verir ki, İngiltərədə dərc olunun "Daily Express" qəzetinin aparılan araşdırmaya əsaslandırdığı xəbərində qeyd olunub ki, alimlər xərçəng xəstəliyinin 7 əlamətinə diqqət çəkiblər. Xərçəng xəstəliyinin ilkin əlamətlərinə əhəmiyyət verməyən bir çox insan sonralar bu xəstəliyin müalicəsində ciddi çətinliklərin olması səbəbindən onun qurbanına çevrilir. Şiş ən çox təşxis edilə bilən əlamətlərdən biridir. Ancaq vaxtında diqqət yetirilməli çox əhəmiyyətli olan 7 fərqli əlamət də var. Pəhriz və idman vərdişlərində heç bir dəyişiklik olmadığı halda birdən-birə arıqlamaq yaxşı əlamət deyil. Həddindən artıq arıqlamaq mədəaltı vəzi, mədə və ağciyər xərçənglərinin də əlaməti ola bilər. Çəkidə zaman-zaman ola biləcək kiçik dəyişikliklər normal qəbul edilir. Xərçəngin ilk əlamətləri ağrıya səbəb olmur. Amma bədəndə anidən baş verən ağrı vədavam edən ağrı sümük, beyin və ya digər xərçəng xəstəliklərinin göstəricisi ola bilər. Bir ay və ya daha uzun davam edən və səbəbi açıqlanmayan ağrılar üçün mütləq həkimə müraciət edin. Çox yemək, spirt və ya stress mədə qıcqırmasına səbəb ola bilər. Mədə yanması və qıcqırması problemini aradan qaldırmaq üçün pəhriz saxlamaq təklif olunur. Lakin pəhriz saxladığınız halda mədə ağrısı davam edirsə, həkimə gedin. Mədə yanması mədə, boğaz və yumurtalıq xərçənginin də xəbərçisi ola bilər. Az yeməkdən sonra belə toxluq hiss etmək yumurtalıq, mədəaltı vəz və ya mədə xərçənginin əlaməti ola bilər. Mədəaltı vəzi xərçəngi ən çətin müalicə edilən xəstəlik olduğu üçün erkən diaqnoz qoyulmalıdır. Bu xərçəng növünün ən çox rast gəlinən əlamətləri iştahanın itməsi, çəkinin sürətlə azalması, gözlərin və ya dərinin saralması, solğunluq, sürüşkən nəcisdir. Tez-tez tualetə getmək istəyinin olmasına baxmayaraq, sidiyə çıxa bilməmək əksər hallarda sidik kisəsi xərçənginin əlaməti ola bilər. Bu xəstəlik, adətən, orta yaşı keçən kişilərdə müşahidə edilir. Bu zaman onlarda sidiyin rəngi sarı və tünd qırmızı olur. Bu əlamətə görə də həkimə müraciət edin. Babasil və ya anal dəlikdən qaynaqlanan qanaxmalar ən çox bir və ya iki gün çəkir. İki gündən çox davam edən qanaxma olarsa, mütləq həkimə müraciət edin. (publika.az) Geri qayıt |