Əsas Səhifə > SİYASƏT > Prezident İlham Əliyev: Ermənistan yerlərdə daha çox adamın olması üçün mülki şəxslərdən istifadə edir

Prezident İlham Əliyev: Ermənistan yerlərdə daha çox adamın olması üçün mülki şəxslərdən istifadə edir


7-10-2020, 23:57

Ermənistan yerlərdə daha çox adamın olması üçün mülki şəxslərdən istifadə edir
Şəffaflıq.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 7-də "Euronews" televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"Biz təəssüflənirik ki, mülki şəxslər qətlə yetirilir. Sözsüz ki, bu hücumu biz törətməmişik, hücumun mənbəyi olmamışıq. Çünki bu, sentyabrın 27-də səhər onların etdiyi ilk iş oldu. Onlar bizim şəhər və kəndlərimizə hücum etdilər və biz cavab verməli olduq. Lakin bizim cavabımız əsasən və başlıca olaraq onların hərbi mövqelərinə, tanklarına və silahlarına oldu. Bizim döyüş meydanında etdiklərimiz internetdə var. Bizim dronlarımız və digər avadanlıqlarımız yalnız işğal olunmuş ərazilərdə hərbi hədəfləri məhv edir. Əfsuslar ki, Ermənistan yerlərdə daha çox adamın olması üçün mülki şəxslərdən istifadə edir. Çünki onların demoqrafik vəziyyəti çox pisdir və bizdə, sadəcə, silahların yanında mülki şəxslərin olması ilə bağlı videolar var və əlbəttə ki, əgər şəxs oradadırsa..."

Geri qayıt