Əsas Səhifə > SİYASƏT / Dünya > Yaponiyalı professor: Döyüşlər Ermənistanın deyil, Azərbaycanın ərazisində gedir
Yaponiyalı professor: Döyüşlər Ermənistanın deyil, Azərbaycanın ərazisində gedir7-10-2020, 21:32 |
Yaponiyanın geniş auditoriyaya malik olan Asahi ABC telekanalında Dağlıq Qarabağda cərəyan edən hadisələrə dair xüsusi buraxılış yayımlanıb. Şəffaflıq.az xəbər verir ki, veriliş zamanı, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və hal-hazırki silahlı qarşıdurma və onun səbəbləri haqqında geniş məlumat verilib. Verilişə əsas qonaq qismində dəvət olunmuş Yaponiyanın Keio Universitetin professoru Yoko Hirose bildirib ki, hazırda bölgədə gedən hərbi əməliyyatların səbəbi Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni təşkil edən Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal etməsidir. Professor vurğulayıb ki, döyüşlər Ermənistanın deyil, Azərbaycanın ərazisində gedir. O bildirib ki, mütəmadi olaraq Ermənistanın təxribatlarına məruz qalan Azərbaycan beynəlxalq hüquq və prinsiplərə görə öz torpaqlarını düşmən işğalından azad etmək hüququna malikdir. Geri qayıt |