Əsas Səhifə > Dünya > Qırğızıstanın Baş naziri istefa verdi: Əvəzedicisi bəllidir

Qırğızıstanın Baş naziri istefa verdi: Əvəzedicisi bəllidir


7-10-2020, 08:19

 

Qırğızıstanın Baş naziri Kubatbek Boronov istefa verib.

Bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb. Baş nazirin istefası barədə xəbəri parlamentin yeni spikeri Mıktıbek Abdıldaev elan edib. İstefa vermiş Baş nazirin səlahiyyətləri müvəqqəti olaraq deputat Sadır Japarova həvalə olunub.

Qeyd edək ki, oktyabrın 4-də Qırğızıstan Respublikasında parlament seçkiləri keçirilib.

Bir qrup vətəndaş çoxsaylı qanun pozuntularını əsas gətirərək, seçkilərin nəticələrini qəbul etmir.


Şəffaflıq.az
Geri qayıt