Əsas Səhifə > Maraqlı > Günün qoroskopu: Belədə uğursuzluqlara yol verməyəcəksiniz.

Günün qoroskopu: Belədə uğursuzluqlara yol verməyəcəksiniz.


7-10-2020, 00:11

Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç -  günün ilk yarısı işlər üçün əlverişlidir. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün iradəli, qətiyyətli olun. İzafi səylərə, həddən artıq çalışmağa ehtiyac yoxdur. Özünüzü yormayın. Kənardan yardımlara və dəstəyə bel bağlamayın. Ağır işlərin öhdəsindən təkbaşına gəlməli olacaqsınız. Nəticə sizi pərişan etməyəcək.

Buğa -  təmaslarda ehtiyatlı olun. Sizi aldatmağa, yanıltmağa çalışacaqlar. Kimlərsə bunu bilərəkdən, kimlərsə də doğru yol saydığı üçün edir. Sabiq həmkar və ya köhnə tanışla görüş ola bilər. İşgüzar əlaqələriniz olduğu insanla əlaqə saxlamağı unutmayın.

Əkizlər - gündəlik işləri yerinə yetirəndə fəaliyyətinizi maraqlı edə bilərsiniz. Rutinlikdən qurtulmaq, azadlıq istəyirsinizsə, müəyyən prinsiplərdə dəyişikliklər etmək gərəkdir. Yaxın ətrafınızdakı təmaslarda ifrat eqoizminizi nümayiş etdirməyin. Vədlərinizi yerinə yetirin, öhdəlikləri unutmayın.

Xərçəng - ailə qayğıları və məişət problemlərinin həllində yardıma ehtiyacınız olacaq. Sevdiyiniz insanla təmaslarda qarşılıqlı sayğı şərtdir. Romantik hissləri ön plana çıxararaq dediklərinizi unutmayıb.

Şir - soyuqqanlı düşünün, təmkinli olun. Şəxsi münasibətlərdə sayıq davranın, nevrastenik insan təsiri bağışlamayın. Axşam saatlarına yaxın səhhətinizə fikir verin. Rasionunuz sağlam olmalıdır. Yaxınlarınızla təmaslarda həssas davranın.

Qız - ilk baxışdan reallaşması mümkünsüz təsir bağışlayan ideyalar yaranacaq. Narahat olmayın. İdeyaları gerçəkləşdirmək üçün münasib situasiya formalaşır. Yaradıcılıq, ambisiyalar və istəklərinizi zəhmətkeşlik və ardıcıllıqla sıralayın. Belədə məqsədə çatmaq çətin olmayacaq.

Tərəzi - şəxsi maraqlarınızı ətrafınızdakı şəxslərin mənafelərindən üstün tutmayın. Çoxdan bəri maraqlandığınız insanla görüşün, ona yardım etməkdən boyun qaçırmayın. Axşam saatlarında normal istirahət edin.

Əqrəb - günün ilk yarısı sakit olsa da, az sonra qəfil situasiya yarana bilər. Təmkinli davranmasanız, olayların fəsadları heç xoş olmayacaq. İşdə nəzarət və ya təftiş istisna deyil. Yaşanan bütün olaylara rəğmən yolunuzdan dönməyin. Sərt tənqid və iradlara fikir verməyin.

Oxatan - sevdiyiniz insanı diqqətlə dinləyin. Hisslərə qapılmayın. Yarımçıq işləri tamamlayın. Adekvat olmayan insanların iradlarına fikir verməyin. Axşam saatlarında normal istirahət edin.

Oğlaq - harmonik münasibətlər vəd edir. Şanslardan yararlanın, imkanları dəyərləndirin. Özünüzə əmin olun. Ağır fiziki işlə məşğul olmayın. İrimiqyaslı və ambisioz layihələr üçün əlverişli zaman deyil.

Dolça -  İşlərdən əl çəkərək istirahət etməyə çalışmayın. Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə səmimi olun. Mübahisələr etməyin, qarşılıqlı anlaşmaya nail olun. Axşam saatlarında romantik görüş olacaq. Birgə əyləncə xoş təəssüratlar vəd edir.

Balıqlar - eksperimentlər istəyi və müstəqillik arzularının illüziyalarına düşməyin. Belədə uğursuzluqlara yol verməyəcəksiniz. İntizamlı olun, qaydalara riayət edin. Naqolay vəziyyətə düşməmək üçün cəmiyyətdəki "oyun qaydaları"nı qulaqardına vurmayın.Milli.Az


Geri qayıt