Əsas Səhifə > Dünya > ABŞ Dövlət Departamenti cəbhədəki gərginliklə əlaqədar bəyanat yayıb

ABŞ Dövlət Departamenti cəbhədəki gərginliklə əlaqədar bəyanat yayıb


28-09-2020, 15:07

 

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus cəbhədəki gərginliyin artması ilə bağlı bəyanat yayıb.

Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentin saytında qeyd olunub.

"Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca mülki şəxslər də daxil olmaqla çoxsaylı itkilərlə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar ABŞ-ı narahat edir. Ölən və yaralananların ailələrinə başsağlığı veririk.

ABŞ şiddətin artmasını ən sərt şəkildə qınayır. ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla əlaqə saxlayaraq hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyəti daha da gərginləşməmək üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa çağırdı.

ABŞ kənar qüvvələrin təsiri ilə artan şiddətdə iştirakın faydasız olacağını və regional gərginliyi daha da artıracağını düşünür.

Tərəfləri ən qısa müddətdə substantiv danışıqları bərpa etmək üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırırıq. ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ münaqişənin sülh və davamlı həllinə nail olmaq üçün tərəflərə kömək etməyə sadiq qalır", - deyə Dövlət Departamentinin sözçüsü bildirib.

Geri qayıt