Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 108 nəfər COVID-19-a yoluxub,131 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycanda daha 108 nəfər COVID-19-a yoluxub,131 nəfər sağalıb, 2 nəfər vəfat edib26-09-2020, 22:33 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 39 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 787-dir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 965, bu günə qədər isə ümumilikdə 1 095 543 test icra olunub. Şəffaflıq.az Geri qayıt |