Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda problemli kreditlər artıb


25-09-2020, 22:39

 

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 065,4 milyon manat təşkil edib.

Şəffaflıq.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,3% çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 16,3%, son 1 ildə isə 28,6% azalıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 7,3% təşkil edib. Bu nisbət iyulun sonuna da 7,3%, ötən ilin sonuna 8,3%, ötən il avqustun sonuna isə 10,8% olub.

Geri qayıt