Əsas Səhifə > Şou-biznes > Bu il "Eurovision"-a ÇİNGİZ MUSTAFAYEV gedəcək
Bu il "Eurovision"-a ÇİNGİZ MUSTAFAYEV gedəcək8-03-2019, 20:46 |
“Dare to Dream” şüarı ilə Təl-Əvivdə keçiriləcək 64-cü Avroviziya mahnı müsabiqəsində ölkəmizi “Truth” (Həqiqət) adlı mahnı ilə Çingiz Mustafayev təmsil edəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi səhifəsi “Infe Azerbaijan” məlumat verib. Sənətçi sevincini instaqramda paylaşıb və bildirib ki, bu müsabiqədə çıxış etmək onun üçün böyük fəxrdir: "2019-cu ilin Eurovision mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək mənim üçün həm çox sevindirici, həm də qürurvericidir. Mən may ayında Tel-Əvivdə "Həqiqət"i açıqlayacam! Dostlar, ümid edirəm ki, mahnı və videoklipi bəyənəcəksiniz". Çingiz Mustafayev kimdir? Çingiz Mustafayev Moskvada anadan olmuş və uşaqlıq illərini orada keçirmişdir. Amma Sovet İttifaqı dağıldıqdan sonra baş verən qarışıqlıq dövründə o, anasının vətəninə – Qazaxa köçür. Çingiz ATV-də yayımlanan “Yeni ulduz” mahnı müsabiqəsinin qalibi olduqdan sonra peşəkar və böyük səhnədə məşhurluq əldə etməyə başladı. Gitarada ifaları ilə izləyicilərin yaddaşlarında özünə yer edən ifaçı özünü bəstəkar kimi də sınayır. O, əsasən öz bəstələrini ifa edir. Çingiz digər Avroviziya təmsilçimiz Dilarə Kazımova kimi özünü 2016-cı ildə Ukraynanın “The Voice” adlı mahnı müsabiqəsində sınamış və uğurla çıxış etmişdi. Təl-Əvivin “Ekspo” Mərkəzində keçiriləcək müsabiqədə ölkə təmsilçimiz Çingiz Mustafayev 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq. Geri qayıt |