Əsas Səhifə > Gündəm > Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb
Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb20-09-2020, 19:51 |
Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən 19-20 sentyabr 2020-ci il tarixlərində Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. Şəffaflıq.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib. “Buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında meteoroloji şəraitlə əlaqədar olaraq tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır. Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsəhrəd daşınma deyil, lokal xarakterlidir”, - deyə, o qeyd edib. Geri qayıt |