Əsas Səhifə > Dünya > BMT milyarderlərdən kömək istədi
BMT milyarderlərdən kömək istədi19-09-2020, 19:20 |
Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramının (WFP) direktoru Devid Bisli milyarderlərə və böyük müəssisələrə müraciət edib.Bu barədə CNBC telekanalı məlumat yayıb. BMT rəsmisi 2020-ci ildə dünyada aclıq ilə üzləşən 30 milyon insanın xilas edilməsi üçün yardım istəyib və bunun üçün 4,9 milyard dollara ehtiyac olduğunu söyləyib. D.Bisli xatırladıb ki, hazırda dünyada 2000-dən çox milyarder var və onların sərvətinin dəyəri səkkiz trilyon dollar təşkil edir. “Bəziləri pandemiya dövründə milyardlar qazandı. Mən kapitalın böyüməsinə qarşı deyiləm, amma bəşəriyyət hazırda böyük böhranla qarşılaşıb”, - BMT rəsmisi vurğulayıb. Şəffaflıq.az Geri qayıt |