Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 119 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda daha 119 yeni yoluxma faktı qeydə alınıb17-09-2020, 23:41 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 119 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 38 777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 289 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib, aktiv xəstə sayı 1 917 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 601, bu günə qədər isə ümumilikdə 1 035 286 test icra olunub. Şəffaflıq.az Geri qayıt |