Əsas Səhifə > Dünya > Avropa kosmik agentliyi Yeri asteroiddən qoruyacaq

Avropa kosmik agentliyi Yeri asteroiddən qoruyacaq


17-09-2020, 23:35

 

Avropa Kosmik Agentliyi (ESA) Almaniyanın «OHB» peyk şirkətinin başçılıq etdiyi sənaye konsorsiumuna 129,4 milyon avro vəsait ayırıb. Bu vəsait hesabına HERA kosmik aparatı yaradılacaq. Aparat Yerin təhlükəli asteroidlərdən qorunması layihəsində iştirak etməlidir.

Bu barədə «Spage News» saytı xəbər verib.

Razılaşmanın şərtlərinə görə, «OHB» şirkəti HERA aparatının uçuşa hazırlanması işlərinə başçılıq etməlidir. Uçuş 2024-cü ilin oktyabrına nəzərdə tutulub.

Həmin vaxta qədər Amerikanın NASA agentliyi 2021-ci ilin oktyabrında DART zondunu Didymos və Dimorphos ikiqat asteroidinə göndərməlidir.

Zond 2022-ci ilin sentyabrında Dimorphos asteroidi ilə görüşməlidir və onu öz trayektoriyasından kənarlaşdırmalıdır. Bu asteroid Yerlə toqquşma təhlükəsi ilə hədələyir. Bundan sonra, 2026-cı ildə HERA aparatı asteroidə yaxınlaşmalı, zondun təsirini və asteroidin trayektoriyadan sapma dərəcəsini qiymətləndirməlidir.

Yerlə toqquşacağı təqdirdə diametri 160 metr olan Dimorphos asteroidi bütöv bir şəhəri dağıda bilər.


Şəffaflıq.az
Geri qayıt