Əsas Səhifə > Cəmiyyət > İsmayıllı rayonunun Maçaxı kəndində yeni modul tipli məktəb binasının açılışı olub. FOTO
İsmayıllı rayonunun Maçaxı kəndində yeni modul tipli məktəb binasının açılışı olub. FOTO15-09-2020, 09:06 |
![]() Şəffaflıq.az xəbər verir ki,iştirakçılar öncə 2016-cı ilin aprel ayında şəhid olmuş Mikayıl Vahabzadənin qəbrini ziyarət edib, gül dəstələri qoyub, ruhuna dualar oxuyub. Kənd sakinləri və şəhidin valideynləri ilə görüşən RİH başçısı səmimi söhbət edib, onların problemləri ilə maraqlanıb. Rayon rəhbəri ziyarətdən sonra məktəblə tanış olub, yeni dərs ilinin başlanması münasibəti ilə kənd camaatına təbriklərini bildirib. Qeyd edək ki, 20 şagird yerlik ibtidai məktəb binası 5 sinif otağı, müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Qeyd edək ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Vahid İsmayılov İsmayıllı Şəffaflıq.az Geri qayıt |