Əsas Səhifə > Dünya > İspaniyada koronavirus vaksininin kliniki sınaqları başladı
İspaniyada koronavirus vaksininin kliniki sınaqları başladı15-09-2020, 08:04 |
İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb. Şəffaflıq.az bildirir ki, Santander şəhərində xəstəxanaların birində “Johnson & Johnson” şirkətinin hazırladığı vaksin sınaqdan keçirilir. Sabahdan etibarən isə sınaqlar paytaxt Madriddə başlayacaq. Sınaqlarda iki yaş qrupuna bölünmüş (18-55 və 65 yaşdan yuxarı) 190 könüllü iştirak edəcək. Sınaqların ilk iki mərhələsinin 6 ayadək müddət ərzində keçirilməsi planlaşdırılır. İspaniyadan başqa həmin vaksin Belçika və Almaniyada da sınaqdan keçiriləcək. Bu prosesdə ümumilikdə 550 könüllü iştirak edəcək. Geri qayıt |