Əsas Səhifə > Dünya > Soçidə Putinlə Lukaşenko arasında görüş olacaq

Soçidə Putinlə Lukaşenko arasında görüş olacaq


14-09-2020, 09:09

 

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sentyabrın 14-də Soçidə danışıqlar aparacaqlar.

Şəffaflıq.az “TASS”-a istinadən xəbər verir ki, bu, Belarus prezidentinin seçkilərdən sonra ilk xarici səfəri olacaq.

Rusiya bir sıra Qərb dövlətlərindən fərqli olaraq qonşu ölkədə keçirilən səsvermənin nəticələrini qanuni sayıb. Belarus prezidentinin Rusiyaya səfərindən əvvəl Rusiyanın Baş naziri Mixail Mişustinin sentyabrın əvvəlində Minskə səfəri də daxil olmaqla intensiv hazırlıqlar görülüb.

Görüşdə iki ölkə arasında bir sıra münasibətlərin müzakirə olunacağı da bildirilir.

Geri qayıt